“Real Madrid”in futbolcusu Vinisius Juniorun keçmiş sevgilisi Cessika Tuqa, maraqlı paylaşım edib.
İdman.Biz bildirir ki, Cessika Tuqa paylaşımında bəzi qaradərili futbolcuların irqçiliyə məruz qaldıqlarını dilə gətirdiklərini, ancaq özəl həyatlarında başqa cür davrandıqlarını yazıb.
“Bu qaradərili futbolcular, məruz qaldıqlarını iddia etdikləri irqçilikdən çox şikayət edirlər. Ancaq həmişə ağ və sarışın qadınlarla görüşürlər və münasibət qururlar. Qaradərili bir qadınla heç vaxt görüşmürlər və ya münasibət qurmurlar. Bunun səbəbi nədir? Cavab açıqdır və ortadadır. Mənə bu insanlar barədə əxlaq dərsi keçməyin”, - Tuqa bildirib.

Vinisius hazırda telaparıcı, ağdərili Virciniya Fonseka ilə görüşür.
