AZ

16 saat tox saxlayan yemək Həkim sirri açdı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Ramazan ayında oruc tutanların ən böyük çətinliyi gün ərzində yaranan aclıq və halsızlıq hissi ilə bağlıdır. Fitoterapiya mütəxəssisi Dr. Ümit Aktaş sahurda edilən bəzi səhvlərin gün boyu enerji itkisinə səbəb olduğunu bildirir. Ekspert sahur süfrələri üçün həm tox tutan, həm də susuzluğun qarşısını alan xüsusi tövsiyələrini paylaşıb.Demokrat.az xəbər verir ki, sahurda doyurucu olduğu düşünülərək yeyilən xəmir xörəkləri, ağ çörək və şirniyyatlar əslində ən böyük düşmən hesab olunur. Ümit Aktaş qeyd edir ki, unlu və şəkərli qidalar qan şəkərini sürətlə yüksəldib sonra anidən saldığı üçün hələ günorta saatları çatmamış mədədə qazınma və halsızlıq yaradır. Uzunmüddətli toxuq üçün bu qidaların yerini mütləq keyfiyyətli proteinlər və sağlam yağlar almalıdır.Mütəxəssisin fikrincə sahurun ulduzu bol kərə yağında bişirilmiş yumurta olmalıdır. Sağlam yağların gücü bədəni 16 saat ərzində tox saxlamağa kömək edir. Alternativ olaraq süzülmüş zeytun yağı əlavə edilmiş yaşıl mərcimək, noxud və ya lobya salatları da güclü bitki mənşəli protein mənbəyidir. Vaxtı məhdud olanlar isə qatığın içinə qoz, badam və ya fındıq əlavə edərək həm yüngül, həm də faydalı sahur edə bilərlər.Susuzluqla mübarizədə isə sahurda birdən-birə çoxlu su içmək fayda vermir. Belə halda su bədəndə qalmadan böyrəklər tərəfindən sürətlə xaric edilir. Düzgün üsul suyu iftarla sahur arasına yayaraq hər saat başı bir stəkan içməkdir. Sahurda içilən qəhvə və tünd çay isə bədəndən maye qovucu xüsusiyyətinə görə gün ərzində daha çox susamağa səbəb olur. Bunun əvəzinə cökə və ya lavanda çayları içmək həm bədəni rahatladır, həm də su itkisinin qarşısını alır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
demokrat.az

2Mənbələr