AZ

Bakıdakı oğurluqda diqqətçəkən “dini geyim” detalı: hüquqşünaslar mühüm məqamları açdılar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstənilən adam çadraya bürünüb belə cinayət törədə bilər, üzlər görünmür, şəxsiyyəti müəyyənləşdirmək olmur və s. Material edin, ekspertləri danışdırın və nəticə belə olsun ki, bu cür Azərbaycana xas olmayan geyim tərzi hüquq mühafizə orqanlarınıln da işini çətinləşdiririr. Xaricdə belə təcrübələr varmı və s. Bunlar dindar olmayıblar. Sphbət burda dindar mövzusu yox, libas olsun.

Sadəcə üzləri görünməsin deyə belə geyiniblər.

Fevralın 20-də Bakıda mağazadan oğurluq edən qadınların üzlərini gizlətmək üçün baş örtüsündən, niqabdan istifadə ediblər. Məqsəd törətdikləri cinayətin izini itirmək, məsuliyyətdən yayınmaqdır. Bu cür Azərbaycana xas olmayan geyim tərzi hüquq mühafizə orqanlarının da işini çətinləşdiririr. Həmin qadınlar dindar olmayıblar. Sadəcə bu tip geyimlərdən istifadə edib, özlərinin çirkin niyyətlərini reallaşdırmaq istəyiblər.

Dünyada oxşar halların qarşısı necə alınır? Xaricdə belə təcrübələr varmı? Dini geyimlərdən oğurluq, soyğunçuluq, qətl və digər ağır cinayətlərdə istifadə edilməsi nə kimi addımların atılmasını aktuallaşdırır?

Globalinfo.az-a danışan beynəlxalq məsələlər üzrə hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, son dövrlərdə bəzi şəxslərin cinayət törədərkən üzlərini tam örtən geyimlərdən istifadə etməsi hüquq mühafizə orqanlarının diqqət mərkəzində olan məsələlərdən biridir.

Onun sözlərinə görə, bu kimi hallar göstərir ki, üzün tam gizlədilməsi şəxsin identifikasiyasını çətinləşdirir və cinayətlərin operativ açılmasına mane olur:

“Belə hallarda məqsəd dini etiqad deyil, hüquqazidd əməli törətmək və məsuliyyətdən yayınmaq olur. Azərbaycan qanunvericiliyinə görə, ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması dövlətin əsas vəzifələrindəndir. Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir və bu hüquqların həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarına, ictimai təhlükəsizliyə zidd olmamalıdır”.

Əlövsət Allahverdiyev

Hüquqşünas bildirib ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu hüquq mühafizə orqanlarına ictimai qaydanın qorunması və hüquq pozuntularının qarşısının alınması üçün zəruri tədbirlər görmək səlahiyyəti verir:

“Üzün qəsdən gizlədilməsi cinayət törədilməsi və ya törədilmiş əmələ görə məsuliyyətdən yayınmaq məqsədi daşıyırsa, bu artıq hüquqi qiymət verilən hal kimi qiymətləndirilə bilər. Dünya təcrübəsinə baxdıqda, bir sıra ölkələrdə ictimai təhlükəsizlik baxımından üzün tam örtülməsinə müəyyən məhdudiyyətlər tətbiq edildiyi görünür. Məsələn, Fransa və Belçika kimi ölkələrdə ictimai yerlərdə üzün tam örtülməsini məhdudlaşdıran qanunlar qəbul edilib. Bu qaydalar təhlükəsizlik və ictimai asayişin qorunması ilə əsaslandırılır”.

Ə.Allahverdiyev qeyd edib ki, belə yanaşmanın məqsədi dini azadlıqları məhdudlaşdırmaq deyil, hüquq mühafizə orqanlarının effektiv fəaliyyətini təmin etmək və cinayətlərin qarşısını almaqdır:

“Hüquqi yanaşmada əsas prinsip ondan ibarətdir ki, hər bir şəxsin hüquq və azadlıqları digər şəxslərin təhlükəsizlik hüququ ilə balanslaşdırılmalıdır.

Nəticə etibarilə, üzün qəsdən gizlədilməsi yolu ilə cinayət törədilməsi hallarının qarşısının alınması üçün həm qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi, həm də ictimai maarifləndirmə vacib hesab olunur. Bu, həm hüquq mühafizə orqanlarının işini asanlaşdırır, həm də cəmiyyətdə təhlükəsizlik mühitinin gücləndirilməsinə xidmət edir”.

Hüquqşünas onu da əlavə edib ki, üzün gizlədilməsi identifikasiyanı çətinləşdirsə də, hüquq mühafizə orqanları bir neçə üsuldan istifadə edir:“Müşahidə kameralarının görüntülərinin analizi (marşrutun izlənməsi, boy-buxun, hərəkət tərzi və s.), hadisə yerində maddi sübutlar (barmaq izi və s.), şahid ifadələri, mağaza təhlükəsizlik sistemləri və texniki vasitələr, əməliyyat-axtarış tədbirlərinin nəticəsindən istifadə olunur. Bu tədbirlər Əməliyyat-axtarış fəaliyyəti haqqında və Polis haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

Keçmiş müstəntiq Müşfiq Abbasov isə bildirib ki, üztanıma kameraları bir çox məkanlarda quraşdırılsa da, bəzi hallarda çadra, niqab və papaqdan istifadə müəyyən çətinliklər yarada bilir.

Onun sözlərinə görə, bu amil şəxsin müəyyənləşdirilməsini mümkünsüz etmir:

“Bu, o demək deyil ki, həmin şəxsləri tanımaq olmur. Sifətin bir hissəsinin görünməsi belə kifayətdir. Məsələn, çadra sifətin müəyyən hissəsini örtsə də, göz və qaş nahiyəsi əsasında geometrik alqoritmlər vasitəsilə biometrik model formalaşdırmaq mümkündür”.

M.Abbasov əlavə edib ki, üzün qismən tanınması kameraların şəxsiyyəti eyniləşdirməsi üçün yetərlidir:

“Bundan əlavə, digər biometrik göstəricilər, məsələn, bədən ölçüləri, boy, duruş, yeriş və geyim xüsusiyyətləri də identifikasiya prosesində nəzərə alınır. Bir sözlə, bu hallar prosesi çətinləşdirsə də, ciddi maneə yaratmır”.

Zaira Akifqızı.

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
globalinfo.az

1Mənbələr