AZ

MPL: "Karvan-Yevlax" "Araz-Naxçıvan"ı qəbul edir

Misli Premyer Liqasında (MPL) 21-ci tur davam edir

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha bir görüş reallaşacaq. 

"Karvan-Yevlax" "Araz-Naxçıvan"ı qəbul edəcək. 

Yevlax təmsiçisi 6 xalla MPL-in turnir cədvəlində sonuncu, Naxçıvan komandası isə 30 altıncı pillədə qərarlaşıb. Tərəflərin ilk dövrədəki qarşılaşması "Araz-Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tur dünən start götürüb. İlk oyun günündə "Turan Tovuz" "Azərsun Arena"da "Zirə"ni 2:0 hesabı ilə yenibsə, "Sumqayıt" - "Qəbələ" dueli qolsuz başa çatıb. Sabah isə "İmişli" - "Şamaxı" və "Sabah" - "Kəpəz" matçları baş tutacaq. "Neftçi" - "Qarabağ" oyunu isə təxirə salınıb.

Misli Premyer Liqası
XXI tur
21 fevral 

14:30. “Karvan-Yevlax” - “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu

Seçilən
5
fanat.az

1Mənbələr