İndoneziyanı Bali adasında qalmaqallı adam oğurluğu hadisəsi baş verib. Ukraynalı "qanuni oğru"nun övladları naməlum şəxslər tərəfindən qaçırılıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın "Rakurs" nəşri məlumat yayıb.
Söhbət Ukraynanın məşhur kriminal avtoriteti, Dneprdən olan "Narik" ləqəbli Aleksandr Petrovskidən gedir. Oğurlanan isə onun oğulları Yermak Petrovski və İqor Komarovski olub. Nəşr iddia edib ki, bu qalmaqallı adam oğurluğu Çeçenistandan olan naməlum şəxslərin əli ilə törədilib. Məlumata görə, Petrovski qaçmağı bacarsa da, Komarovski girovluqda qalıb.
Məqalədə qeyd olunub ki, adam oğurluğu ilə məşğul olan həmin naməlum şəxslər Komarovskiyə xəsarət də yetiriblər: "Onun valideynlərindən 10 milyon dollar tələb olunub".