AZ

“Təhminə” azərbaycanlı aktrisadan danışdı: “Türkan Şoray qədər gözəldir, mənə də təkliflər gəlib, amma...” - FOTO

“Mən Azərbaycanı çox sevirəm. Hər zaman gəlmək istəyirəm. Düzdür, bəzi təkliflər gəlir, amma hələ ki, işbirliyi etmək qismət olmayıb. İnşallah real bir iş olsa ən qısa zamanda gələrəm. Azərbaycanı da, tamaşaçılarını da çox istəyirəm və darıxıram”.
 
Bunu Moderator.az-a açıqlamasında məşhur türkiyəli aktrisa Meral Konrat deyib.
 
O daha sonra son günlər Azərbaycanda Türkan Şoraya bənzərliyi ilə məşhurlaşan aktrisa Şəfəq Abdullayeva haqda da danışıb:
“Şəfəq məncə də çox gözəl xanımdır. Türkan Şoraya da bənzəyir. Allah yolunu açıq etsin. Əlbəttə ki, bənzərliklə aktrisalıq tamam başqa bir anlamdır. İstedad olmalıdır. Əminəm ki, istedadlıdır. İnşallah istədiyi yerlərə qədər gedər. Azərbaycana gələndə mütləq ki, görüşüb məsləhətlərimi verərəm. Əslində aktrisa olmaq üçün heç bir şərt yoxdur. Bu əvvəl də belə idi, indi də belədir. Önəmli olan istedaddır. Əlbəttə ki, təhsil vasitəsilə də daha da özgüvənli olur insan. Hər şeydən önəmlisi isə şansdır”.
 
Meral Konrat Türkan Şorayın bir zamanlar onu qısqandığı haqda şayələrə də son qoyub.“Mətbuatda bəzən yazılar çıxır. Bunlardan mənim heç xəbərim yoxdur. Həqiqətən də eşidəndə pis oluram. Bunları hardan çıxarırlar?! Mən heç vaxt onun məni qısqandığını söyləməmişəm. Türkan Şoray çox sevdiyim, sayğı göstərdiyim, türk kinosunun dəyərli aktrisalarından biridir. Ekranlara çıxdığım gündən bəri məni Türkan Şoraya bənzədirlər. Bu da normaldır. Allah insanları bir-birinə oxşar yaradıb”, - deyə o bildirib.
Seçilən
11
moderator.az

1Mənbələr