AZ

Yanan maşını söndürən FHN işçısını digər maşın vuraraq ÖLDÜRDÜ

Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.

Milli.Az xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində yanan "Ford Tranzit" markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını "Ateco" markalı yük avtomobili vurub. Nəticədə, 1983-cü il təvəllüdlü Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb. Digər əməkdaş, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa

Milli.Az

Seçilən
13
17
milli.az

10Mənbələr