AZ

Ələt-Astara magistralında yanğını söndürən FHN əməkdaşlarını maşın vurdu - Ölən var

Bakı.Trend:

Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydəalınıb.

Trend-inməlumatına görə, hadisə saat 06 radələrində baş verib.

Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçünFövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşı köməyə gəlib. Buzaman yük avtomobili onları vurub. Nəticədə Neftçala rayonununŞorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğluPiriyev hadisə yerində ölüb.

Digər FHN əməkdaşı, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cuil təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədənxəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasınayerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Seçilən
20
4
az.trend.az

3Mənbələr