AZ

“Kurtlar Vadisi”nin populyar ikilisi yenidən bir arada - FOTO

Türk televiziya tarixinə damğa vuran "Kurtlar Vadisi" serialının unudulmaz ata-oğul obrazları illər keçdikdən sonra yenidən bir araya gəlib. Ekranların yadda qalan personajları olan Abuzer və Erdal Kömürcü bu dəfə tamamən fərqli layihədə kamera qarşısına keçiblər.

Demokrat.az xəbər verir ki, Muhammed Cangören və Sefa Zenginin bu sürpriz görüşü NOW kanalında yayımlanan "Yeraltı" serialında baş tutub. Serialın rəsmi sosial media hesablarında "Ata və oğul illər sonra 'Yeraltı'nda görüşür" başlığı ilə edilən paylaşım bu xəbəri təsdiqləyib. Hər iki aktyor yeni layihədə də yenidən ata və oğul rollarını canlandırır.

Bir dövrün ən çox müzakirə edilən və yaddaşlara həkk olunan səhnələrinə imza atan ikilinin yenidən eyni məkanda olması izləyicilərdə böyük maraq yaradıb. Bu görüş sosial mediada geniş əks-səda doğuraraq köhnə günlərin nostalji ruhunu geri gətirib.

"Kurtlar Vadisi"ndəki özünəməxsus çıxışları ilə əfsanələşən aktyorların yeni serialdakı performansları artıq maraqla gözlənilir.

Qeyd edək ki, "Yeraltı" serialının ssenaristlərindən biri "Polat"ın qardaşı Raci Şaşmazdır.


Telegram kanalımız
Seçilən
4
1
yenisabah.az

2Mənbələr