AZ

Pentaqon kamikadze dronların kütləvi istehsalına hazırlaşır

ABŞ Müdafiə Nazirliyi 25 özəl şirkət tərəfindən kütləvi istehsal üçün təqdim edilən kamikaze dron prototiplərinin sınaqlarına başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Axios yayıb. Nəşrin məlumatına görə, sınaqlar ABŞ-ın Corciya ştatındakı Fort Benning hərbi bazasında keçirilir: "Martın əvvəlinə qədər davam edəcək sınaqlar, ABŞ-ın Ukraynadakı müharibədən dərs çıxarmağa çalışdığı bir vaxtda kiçik, ucuz dronları və onların istehsalçılarının imkanlarını qiymətləndirməyə imkan verəcək".

Sınaqlarda iştirak edən 25 istehsalçıdan biri olan Teal Drones şirkətinin baş direktoru Jeff Thompson nəşrə bildirib ki, Pentaqon rəsmiləri kütləvi istehsalı təşkil etmək qabiliyyətinə üstünlük verirlər: "Əgər onları vaxtında istehsal edib çatdıra bilmirsinizsə və ya, məsələn, iki həftə gecikirsinizsə, oyundan kənar qalırsınız".

Sınaqlar başa çatdıqdan sonra qalib prototiplər üçün 150 milyon dollarlıq sifariş alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr