Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qapıçı “Qarabağ”la oyundan qayıdan kimi 70 metrdən qol vurdu - Video
“Nyukasl”ın 21 yaşadək komandası dünən doğma meydanda “Fulhem” üzərində 3:0 hesablı qələbə qazanıb.
QOL. az xəbər verir ki, matçın ən diqqətçəkən məqamı qapıçı Aidan Harrisin qol vurması olub.
Harris fevralın 18-də əsas komandanın heyətində “Qarabağ”a qarşı matçın iştirak ərizəsində olub. 19 yaşlı futbolçu “Nyukasl”ın 6:1 hssablı qələbəsi ilə yekunlaşan görüşdə sonadək ehtiyatda qalıb.
Komanda Azərbaycandan qayıtdıqdan heç 48 saat keçməmiş Harris dünən U-21 heyətində meydana çıxıb. O, öz cərimə meydançası yaxınlığından - təxminən 70 metrlik uzaqlaşdırma zərbəsi endirib. Bu zaman top “Fulhem”in qapıçısı Aleks Bortonun başı üzərindən keçərək birbaşa tora daxil olub.
Посмотреть эту публикацию в Instagram
Публикация от Qol.az (@qolaz)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.