AZ

UEFA “Barselona”nı cərimələdi

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda Praqa “Slaviya”sına qarşı keçirilmiş oyunda (2:4) yaşananlara görə “Barselona”nı 30,5 min avro məbləğində cərimələyib.

Publika.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Kataloniya klubu azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə 15,5 min avro cərimə olunub. Bundan əlavə, meydançaya gec çıxmağa görə klub daha 15 min avro ödəyəcək. Bildirilir ki, bu gecikmə “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin hərəkətləri ilə bağlı olub və mütəxəssis UEFA tərəfindən xəbərdarlıq alıb. Bu xəbərdarlıq gələcəkdə daha ciddi cəzaya çevrilə bilər.

Seçilən
11
publika.az

1Mənbələr