AZ

"Azərcelll", "Bakcell" və "Nar" yanvarda 113 milyon manatdan çox gəlir əldə ediblər

Azərbaycanda informasiya və rabitə sahəsində göstərilən xidmətlərin həcmi artıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 10 faiz artaraq 316,1 milyon manat təşkil edib.

Hesabat dövründə göstərilən xidmətlərin 67,4 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən ümumi gəlirin 35,9 faizi və ya 113,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bu gəlirlər 2024-cü ilə nəzərən 10,2 milyon manat və ya 10% artıb.

Seçilən
11
fed.az

1Mənbələr