“Benfika”nın oyunçusu Canluka Prestianninin “Real Madrid”lə oyunda geyindiyi forma hərraca çıxarılıb.
Fevralın 17-də oynanılan UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə nəticələndi və Prestianniyə qarşı irqçilik ittihamları ilə yadda qaldı.
Publika.az xəbər verir ki, Prestianninin forması artıq “Benfika”nın rəsmi tərəfdaşı olan “Match Worn Shirt” vasitəsilə satışa çıxarılıb.
İndiyə qədər 46 təklif alınıb və ən yüksəyi 1000 avro olub.