AZ

“Kayzerslautern”in əsas hücumçusu üçün mövsüm bitdi – “qırmızı iblislər” Mahirə möhtacdı!

“Kayzerslautern”in 2-ci bundesliqada keçirdiyi uğursuz matçlar 1-ci bundesliqaya yüksəlmək ehtimalını əhəmiyyətli dərəcədə azaldıb. 22 tur ərzində cəmi 34 xal toplayan “qırmızı iblislər” hazırda 7-ci yerdədi və hədəfə çatmaq gündən-günə çətinləşir.

“Football-plus.az”ın məlumatına görə, Mahir Emrelinin də şərəfini qoruduğunu komanda daha bir bəxtsizliklə üzləşib. Belə ki, əsas hücumçu İvan Prtayin yenidən sıradan çıxıb. Axill vətəri yırtılan xorvatiyalı futbolçu üçün mövsüm başa çatıb. Bu barədə xəbəri yayan SWR nəşrinin əməşdaşı Stefan Kersthold bildirib ki, artıq Mahirin yaşıl meydana qayıtmaq vaxtıdı. Hücumçu dərhal qollar vurmağa başlamalı və “Kayzerslautern”in 1-ci bundesliqaya yüksəlmək şanslarını artırmalıdı.

İş ondadı ki, Mahirin çempionatın 23-cü turunda “Münster”ə qarşı keçiriləcək matçda meydana çıxıb-çıxmayacağı bəlli deyil. O, komanda ilə birgə məşqlərə başlasa da, hələ şans qazana bilməyib.

“Münster”lə oyun sabah olacaq.

KƏNAN BAHADIR

Seçilən
20
football-plus.az

1Mənbələr