AZ

Azərbaycanda istehlak bazarı 5%-ə yaxın böyüyüb

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda istehlakçılarıntələbatlarının ödənilməsi məqsədilə satılmış malların vəgöstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat olub.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilinyanvar ayına nisbətən müqayisəli qiymətlərlə 4,6 faiz çoxdur.

Məlumata görə, ümumi dəyərin 78,1 faizini pərakəndə ticarətdövriyyəsi, 18,7 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərindəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləritərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 6,5 milyardmanata bərabər olub, onun 45,7 faizi fərdi sahibkarların fəaliyyətisayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 660,2 manat və ya2025-ci ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 59,4 manat çoxvəsait xərcləyib.

Məqalədə:
Seçilən
34
13
az.trend.az

10Mənbələr