AZ

100 milyon kiloluq cisim kosmosdan başımıza düşə bilər Tarix açıqlandı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yer orbitində fəaliyyətsiz qalmış peyklər, raket mərhələləri və müxtəlif texniki qalıqlardan ibarət yüz min tona yaxın kosmik tullantı toplanıb və bu kütlə getdikcə daha ciddi risk mənbəyinə çevrilir. Məlumatlara görə, orbitdə 100 milyon kiloqramdan artıq metal və plastik fraqment saniyədə kilometrlərlə sürətlə hərəkət edir. Əksər hissələr atmosferə daxil olarkən yanıb məhv olsa da, iri ölçülü parçaların yer səthinə çataraq infrastruktur və yaşayış zonaları üçün təhlükə yaratmaq ehtimalı artır.Demokrat.az-ın məlumatına görə alimlər bildirirlər ki, Günəş fəallığının yüksəlməsi və aşağı Yer orbitinin həddən artıq yüklənməsi səbəbindən qarşıdakı illərdə, xüsusilə 2026-dan etibarən nəzarətsiz eniş hallarının intensivləşməsi mümkündür. Digər problem isə toqquşmalardır. Böyük obyektlər bir-biri ilə toqquşduqda daha xırda, lakin sayca çox fraqmentlər əmələ gəlir və bu proses zəncirvari şəkildə davam edə bilər. Nəticədə gələcək kosmik missiyalar və peyk rabitəsi üçün risklər kəskin arta bilər.Aparıcı qurumlar, o cümlədən NASA və ESA müxtəlif həll yolları üzərində işləyir. Təklif olunan metodlar arasında tor sistemləri, maqnit mexanizmləri və lazer əsaslı texnologiyalar var. Bununla belə, hazırda orbitdə toplanmış nəhəng tullantı kütləsini tam və effektiv şəkildə aradan qaldıracaq universal mexanizm hələ mövcud deyil.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr