AZ

Türkiyə millisinin daha bir üzvü "Yuventus"da çıxış etməyə yaxındır

Bakı. Trend:

Türkiyə millisinin və "Borussiya"nın(Dortmund) yarımmüdafiəçisiSalih Özcan karyerasını harada davam etdirəcəyinə hələ ki qərarverməyib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu “Yuventus”,“Milan” və "Marsel" klublarının maraq dairəsindədir.

Lakin Özcan konkret addım atmağa tələsmir. "Borussiya" özü dəonun müqavilə müddətini artırmağa çalışır.

28 yaşlı futbolçunun almanlarla müqavilə müddəti mövsümün sonunaqədər idi. Onun daha çox "Yuventus"da oynamağa müsbət yanaşdığıiddia olunur.

Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində "Köln", "HolşteynKiel", "Volfsburq" komandalarında oynayıb.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr