Bakı. Trend:
Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqedilən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəliistifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Belə ki, 2026-2029-cu illərdə Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetiaşağıdakı tədbirləri həyata keçirməlidir:
- Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərəkkəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrininqurulması;
- Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməlisu təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;
- Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçukəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması;
- Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası,Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi;
- İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yenisubartezian quyularının qazılması və infrastrukturuntəkmilləşdirilməsi.