AZ

“Qarabağ”a 4 qol vuran futbolçu “Liverpul” və “Arsenal”ın hədəfində

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a 4 qol vuran “Nyukasl”ın hücumçusu Entoni Qordona “Arsenal” və “Liverpul”dan təkliflər var.

Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu məsələyə münasibət bildirib:

“Hər şey əvvəlki kimidir. Mən heç nə eşitməmişəm. Yəqin ki, onlar əvvəlcə bu haqda mənə məlumat verməlidirlər, daha sonra mediaya. Mən öz oyunuma və komandamın çıxışına köklənmişəm. Hazırda bütün diqqətim buna yönəlib.

Çox uzun gələcək haqqında düşünəndə, nəticələrin aşağı düşür. Əvvəl belə səhv etmişəm, indi bunu təkrarlamaram”.

Qordon 2023-cü ilin yanvarından “Nyukasl”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 36 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə verib.

Seçilən
12
msport.az

1Mənbələr