Bakı.Trend:
Dəmir yolu nəqliyyatı ilə 2026-cı ilin yanvar ayında 1,2 milyonton yük, 856,2 min sərnişin daşınıb.
Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindəndərc edilən aylıq statistikada yer alıb.
Məlumata görə, 2025-ci ilin yanvar ayı ilə müqayisədə yükdaşınmasında 18,9 faiz azalma, sərnişin daşınmasında isə 20,0 faizartım müşahidə olunub.
Dəniz nəqliyyatı ilə 2026-cı ilin yanvar ayında daşınmışyüklərin həcmi 658,8 min ton təşkil edib və əvvəlki ilin yanvarayına nisbətən 20,1 faiz azalıb. Yüklərin 60,1 faizini neft yükləritəşkil edib.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı2025-ci ilin yanvar ayına nisbətən 29,6 faiz azalaraq 1,9 min nəfərolub.
Dəniz limanları tərəfindən 916,9 min ton həcmindəyükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 705,9 mintonunu və ya 77,0 faizini tranzit yüklər təşkil edib. 2026-cı ilfevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 9,8min ton olub.