AZ

Vashinqtondakı təxribat cəhdi məqsədli idi - Sevil Mikayılova

Bakı. Trend:

Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilkiclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevə qarşı radikalqrup tərəfindən təxribat cəhdinin edilməsi təsadüfi hadisə kimiqiymətləndirilə bilməz. Bu cür aksiyalar adətən spontan etirazgörüntüsü altında təqdim olunsa da, onların arxasında daha genişsiyasi motivlərin və koordinasiyanın dayanması ehtimalı yüksəkdir.Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, hadisədən dərhalsonra ABŞ-dakı erməni lobbi təşkilatlarından olan ANCA və ABŞKonqresinin üzvü Frank Pallone tərəfindən anti-Azərbaycanritorikasının gücləndirilməsi bu prosesin siyasi kontekstdəqiymətləndirilməsini zəruri edir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, son illərdə Cənubi Qafqazda formalaşanyeni reallıq, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsivə regionda təşəbbüsü öz əlində cəmləməsi bir sıra xarici gücmərkəzlərinin ənənəvi təsir alətlərini zəiflədib:

“Müharibədən sonrakı mərhələdə Azərbaycanın daha müstəqil vəsuveren siyasət yürütməsi, enerji, təhlükəsizlik və nəqliyyatsahələrində strateji aktora çevrilməsi bu ölkənin beynəlxalqmövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

Məhz bu fonda Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunanmüsbət dinamika xüsusi diqqət çəkir. Vaşinqtonun təşəbbüsü iləkeçirilən tədbirdə Azərbaycanın dövlət başçısının iştirakı,ümumilikdə, iki ölkə arasında dialoqun davam etdiyini və əməkdaşlıqüçün platformaların qorunduğunu göstərir. ABŞ üçün Azərbaycanınenerji təhlükəsizliyində, regional sabitlikdə və alternativnəqliyyat marşrutlarında rolu strateji əhəmiyyət kəsb edir. Bureallıq isə Azərbaycanla ABŞ arasında münasibətlərin müəyyəndairələrin istədiyinin əksinə olaraq tamamilə pozulmadığını,əksinə, yeni mərhələyə keçdiyini göstərir.

Deputat S.Mikayılova xüsusi vurğulayıb ki, belə bir şəraitdəVaşinqtonda baş verən təxribat cəhdi bir neçə məqsədə xidmət edəbilər:

“Birincisi, Azərbaycanın siyasi rəhbərliyinin beynəlxalqplatformalardakı fəaliyyətinə kölgə salmaq və onun legitimliyinişübhə altına almaq cəhdidir. Dövlət başçısına qarşı şəxsi müstəvidəhücumların təşkili əslində dövlətin özünün siyasi kursuna qarşıyönəlmiş təzyiq alətidir.

İkincisi, bu cür aksiyalar Azərbaycan-ABŞ münasibətlərindəformalaşan müsbət dinamikanı zədələməyə hesablanmış informasiya vəpsixoloji təsir vasitəsi kimi çıxış edir. Çünki iki ölkə arasındaəməkdaşlığın dərinləşməsi regionda təsir imkanlarını itirən və yaitirməkdən ehtiyat edən dairələr üçün arzuolunan deyil.

Üçüncüsü, bu cəhdlər Azərbaycanı beynəlxalq müstəvidə təcridolunmuş və mübahisəli aktor kimi təqdim etməyə yönəlmişuzunmüddətli kampaniyanın elementləri kimi də qiymətləndiriləbilər.

Hadisə zamanı ABŞ təhlükəsizlik orqanlarının vəziyyəti nəzarətdəsaxlaması və tədbirin planlaşdırıldığı kimi davam etməsi onugöstərir ki, rəsmi Vaşinqton bu cür radikal qrupların fəaliyyətinindövlətlərarası münasibətlərə təsir etməsinə imkan vermək niyyətindədeyil. Bu, ABŞ-nin institusional səviyyədə Azərbaycanla dialoqudavam etdirməkdə maraqlı olduğunu göstərən mühüm göstəricidir.

Bu baxımdan, ayrı-ayrı konqresmenlərin və lobbi təşkilatlarınınbəyanatları ABŞ dövlətinin rəsmi mövqeyini tam əks etdirmir, dahaçox müəyyən siyasi və etnik lobbi maraqlarının ifadəsi kimiqiymətləndirilir”.

S.Mikayılova əlavə edib ki, Azərbaycanın son illərdə regional vəqlobal siyasətdə artan rolu, xüsusilə enerji və nəqliyyatlayihələrində açar mövqeyə malik olması bəzi dairələrdə açıq və yagizli narahatlıq doğurur. Enerji resurslarına nəzarət, nəqliyyatmarşrutlarının formalaşdırılması və təhlükəsizlik arxitekturasındaiştirak kimi amillər Azərbaycanın strateji əhəmiyyətiniartırır.

“Bu isə təbii olaraq, Azərbaycanı zəiflətmək, onun beynəlxalqimicinə zərbə vurmaq və müttəfiqləri ilə münasibətlərini sarsıtmaqistəyən qüvvələrin fəallaşmasına səbəb olur.

Ümumilikdə, Vaşinqtonda baş verən hadisə daha çox siyasi vəpsixoloji təsir xarakteri daşıyan epizod kimi qiymətləndiriləbilər. Bu cür təxribatlar Azərbaycanın beynəlxalq mövqelərini vəonun əsas tərəfdaşlarla, o cümlədən ABŞ ilə münasibətlərininstrateji mahiyyətini dəyişmək gücündə deyil.

Əksinə, bu hadisə bir daha göstərir ki, Azərbaycanın artantəsiri və müstəqil siyasəti müəyyən dairələr tərəfindən diqqətləizlənilir və müxtəlif vasitələrlə bu prosesə təsir etməyə cəhdolunur. Lakin mövcud reallıq ondan ibarətdir ki, regiondaformalaşan yeni güc balansında Azərbaycan artıq təsir obyektideyil, təsir edən əsas aktorlardan birinə çevrilib”, - deyə SevilMikayılova bildirib.

Seçilən
21
4
az.trend.az

5Mənbələr