AZ

“Çelsi” ulduz futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır

BAKI, 21 fevral. TELEQRAF

İngiltərə təmsilçisi “Çelsi” aparıcı futbolçusu Enso Fernandes ilə yeni müqavilə barədə razılığa gəlmək üzrədir.

Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi yeni müqavilə ilə daha əlverişli şərtlər əldə etmək istəyir.

Daha əvvəl futbolçunun “Real Madrid”in maraq dairəsində olduğu bildirilirdi. Transfermarkt portalının məlumatına görə, Fernandesin bazar dəyəri 85 milyon avrodur.

Qeyd edək ki, 24 yaşlı dünya çempionu Çelsidə 2023-cü ilin yanvarından çıxış edir. Cari mövsümdə Fernandes bütün turnirlər üzrə 39 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud əmək müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr