AZ

Körpələrdə qaz sancısına son Cəmi 10 sadə üsulla rahatlıq

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Uşaqlarda, xüsusən də südəmər dövrdə rast gəlinən qaz problemi valideynlərin ən çox müraciət etdiyi şikayətlər sırasındadır. Çox vaxt təbii səbəblərdən qaynaqlanan bu vəziyyət ailələr üçün yuxusuz gecələrə və narahatlığa yol açır. Türkiyəli pediatr Ece Birincioğlu Çetin bildirir ki, bu problemin əsas səbəbi körpələrin həzm sisteminin hələ tam formalaşmamasıdır.Demokrat.az xəbər verir ki, xüsusilə ilk 6 ayda bağırsaq hərəkətlərinin nizamsızlığı və körpənin əmərkən hava udması qaz sancısını qaçılmaz edir. Həmçinin qarın əzələlərinin zəif olması körpənin yığılmış qazı sərbəst çıxarmasına mane olur. Bəzi hallarda isə bu narahatlığın altında qida allergiyası və ya laktoza dözümsüzlüyü kimi tibbi amillər dayana bilər. Sancılar adətən qidalanmadan dərhal sonra və ya axşam saatlarında daha kəskin xarakter alır.Qaz sancısı olan körpələrdə davamlı gücənmə, yuxuda müxtəlif səslər çıxarmaq, bədəni "S" şəklində qatlayaraq qıvrılmaq kimi əlamətlər müşahidə edilir. Qarında şişkinlik, bərklik və ayaqları qarına tərəf çəkmək də bu problemin əsas göstəriciləridir. Körpə qaz çıxardıqdan sonra nəzərəçarpacaq dərəcədə rahatlasa da, həmin vaxta qədər davam edən ağlama nöbetləri valideynləri təşvişə salır.Problemi yüngülləşdirmək üçün mütəxəssislər hər qidalanmadan sonra körpənin qazını mütləq çıxarmağı tövsiyə edirlər. Körpəni çiyinə söykəyərək kürəyini sığallamaq və ya ayaqlarını velosiped hərəkəti ilə hərəkət etdirmək qazın xaric olunmasına kömək edir. Eyni zamanda qısamüddətli əmizdirmədən qaçmaq vacibdir, çünki ilk südün tərkibindəki yüksək laktoza qazı daha da artıra bilər. Gün ərzində saat əqrəbi istiqamətində edilən nazik qarın masajı da körpənin sancılarını azaldan təsirli üsullardan hesab olunur.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
demokrat.az

1Mənbələr