AZ

"Kəpəz" rəsmisi: "Gəncə stadionunda çalışan şirkət "Bavariya" və "Yuventus" kimi klublarla əməkdaşlıq edib"

Gəncə stadionunun ot örtüyünün yenilənməsini həyata keçirən şirkət "Bavariya" və "Yuventus" kimi klublarla da əməkdaşlıq edib.

Bu barədə "Report"a "Kəpəz"in İdarə Heyətinin üzvü Fərman Əlizadə bildirib.

O, hazırda arenanın ot örtüyündə yüksək səviyyəli işlərin görüldüyünü deyib:

"Mayın ortasından sonra stadionun tam olaraq hazır vəziyyətə gətiriləcəyini düşünürük. Mayda "Sumqayıt" və "Neftçi" komandalarına qarşı iki ev oyunumuz olacaq. "Sumqayıt"la görüşə çatdırılmasa da, "Neftçi" ilə qarşılaşmanı öz stadionumuzda oynamaq istəyirik".

Klub rəsmisi Gənclər və İdman Nazirliyinin balansında olan stadionda savadlı mütəxəssislərin çalışdığını söyləyib:

"Nazirlik bu məsələyə yüksək səviyyədə yaşanır. İşini bilən insanlar ot örtüyünü ideal vəziyyətə gətirməyə çalışırlar. Bu işi görənlər dünyada tanınmış şirkətlərdən biridir. Bu mütəxəssislər "Bavariya", "Yuventus", "Qalatasaray" klubları ilə əməkdaşlıq ediblər. Ot örtüyü hazır olduqdan sonra həmin şirkət zəmanət də verəcək".

Qeyd edək ki, Gəncə şəhər stadionunda aparılan yenidənqurma səbəbindən "Kəpəz" artıq üç mövsümdür ki, doğma meydanından kənarda çıxış edir və ev qarşılaşmalarını müvafiq olaraq Qəbələ, Tovuz və Yevlax şəhərlərində keçirir.

Seçilən
16
1
far.az

2Mənbələr