“Atletiko” Yulian Alvaresi transfer etmək istəyən “Barselona”ya 200 milyon avro ödəməli olduğunu bildirib.
Publika.az xəbər verir ki, “Cadena SER”in məlumatına görə, Madrid klubu argentinalı hücumçunu uzunmüddətli layihəsinin əsas hissəsi kimi görür və maliyyə baxımından çətinlik yaşayan Kataloniya klubunu uzaqlaşdırmaq üçün yüksək qiymət müəyyənləşdirib.
Məlumata əlavə olaraq bildirilir ki, Alvares hazırda “Atletiko” ilə müqaviləni yeniləməyə ayrılmaqdan daha yaxındır.