AZ

Hansı daha insaflıdır: Bank, yoxsa BOKT?

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ölkədə kredit verən rəsmi banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının (BOKT) sayı da artıb.

Son dövrlərdə banklardan kredit ala bilməyən şəxslər daha çox bank olmayan kredit təşkilatlarına müraciət edirlər.

İqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, bank olmayan kredit təşkilatları bankların fəaliyyətinə mənfi təsir göstərə bilməz:

“Bank olmayan kredit təşkilatları əsasən bankların kredit vermədiyi şəxslərə xidmət göstərir. Onların maliyyə mənbələri ya digər banklardan alınan kreditlər, ya da sahibkarın öz vəsaitidir.

Əhalidən toplanan kreditlər isə bank olmayan kredit təşkilatların gəlirinin əsas hissəsini təşkil edir. Kreditlərin 98 %-i bank hesabından, yalnız 2 %-i isə BOKT-ların hesabından verilir”.

Ekspert qeyd edir ki, bank olmayan kredit təşkilatları əhalinin riba (sələm, faiz) götürməsinin qarşısını almaq məqsədilə fəaliyyət göstərir və daha riskli kateqoriyalara kredit verir.

Faizlərin yüksək olmasına baxmayaraq, bu təşkilatların fəaliyyəti dayandırılmır, çünki kredit götürən şəxs əvvəlcədən qaydalarla tanış olur və riski qəbul edir.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

bank Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr