AZ

Naxçıvanda içməli su təchizatı təkmilləşdirilir: yeni qurğular tikiləcək

Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.

 

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

 

Belə ki, 2026-2029-cu illərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aşağıdakı tədbirləri həyata keçirməlidir:

 

Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;

Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması;

Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması;

Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi;

İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi.

Tarix: 21 Fevral 2026, 15:03   
Seçilən
9
9
pravda.az

10Mənbələr