AZ

42 yaşında ağrıkəsicidən öldü Həkimdən xəbərdarlıq

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Türkiyədə bir kişinin ağrıkəsici qəbul etdikdən sonra həyatını itirməsi narahatlıq doğurub. Məlumata görə, dərmanı qəbul etdikdən qısa müddət sonra onun nəfəsi daralıb və vəziyyəti qəfil ağırlaşıb. Hadisə ağrıkəsicilərin nəzarətsiz və ya düzgün istifadə olunmadıqda təhlükəli nəticələrə səbəb ola biləcəyini bir daha gündəmə gətirib. Hadisə ilə bağlı Umz. Dr Zakir Quliyev Demokrat.az-a bildirib ki, ağrıkəsicidən ölüm adətən dərmanların düzgün istifadə olunmaması ilə bağlı olur:"Tövsiyə edilən dozadan artıq qəbul edildikdə, eyni tərkibli bir neçə preparat birlikdə qəbul edildikdə, spirt və ya sakitləşdirici dərmanlarla qarışdırıldıqda, yaxud uzun müddət nəzarətsiz istifadə edildikdə risk ciddi şəkildə artır. Bəzi ağrıkəsicilər yüksək dozada qaraciyəri zədələyə, bəziləri tənəffüsü zəiflədə, digərləri isə mədə-bağırsaq qanaxmasına səbəb ola bilər. Nadir hallarda güclü allergik reaksiya da həyati təhlükə yarada bilər".Həkim bildirib ki, xüsusilə qaraciyər, böyrək və mədə problemi olanlarda, yaşlılarda və uşaqlarda təhlükə daha yüksəkdir:"Ona görə də hər zaman təlimatda və ya həkimin dediyi dozaya əməl etmək, eyni tərkibli dərmanları birlikdə qəbul etməmək, spirtlə birgə qəbul etməmək, mövcud xroniki xəstəlikləri həkimə bildirmək və uzunmüddətli ağrılar zamanı özbaşına deyil, mütləq mütəxəssis məsləhəti almaq vacibdir. Şiddətli ürəkbulanma və qusma, dərinin və gözlərin saralması, nəfəs darlığı, güclü yuxululuq və ya şüurun bulanması, qanlı qusma və ya qara nəcis kimi əlamətlər yaranarsa, bu artıq təcili vəziyyətdir və dərhal tibbi yardıma müraciət etmək lazımdır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
demokrat.az

1Mənbələr