AZ

Heyvandarlıq məhsullarının istehsalı azalıb

Modern.az saytına istinadən ain.az xəbər verir.

2026-cı ilin yanvar ayında kənd təsərrüfatında diri çəkidə 47,5 min ton ət, 158,9 min ton süd, 182,8 milyon ədəd yumurta və 27,0 min ton tərəvəz istehsal olunub.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərni əks etdirən nəşrdə öz əksini tapıb.2025-ci ilin yanvar ayı ilə müqayisədə tərəvəz istehsalı 5,6 faiz, ət istehsalı 0,4 faiz artıb. Süd istehsalı 0,5 faiz, yumurta istehsalı isə 5,7 faiz azalıb.Bundan əlavə, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz artıb. Bitkiçilik məhsullarının istehsalı 5,6 faiz yüksəlib, heyvandarlıq məhsullarının istehsalı isə 0,3 faiz azalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
2
modern.az

3Mənbələr