"Sabah" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Cebheinfo.az" Sportlife.az-a istinadən xəbər verir ki, Bakı klubu Rodriqu Fernandeşlə anlaşıb.
Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarının sabiq yarımmüdafiəçisinin son klubu "Portu"nun B komandası olub. 25 yaşlı futbolçu "Sportinq"də də çıxış edib.
"Cebheinfo.az"