AZ

Zavodda GÜCLÜ YANĞIN BAŞLADI – VİDEO

Rusiyanın Saransk şəhərində yerləşən “Elektrovypryamitel” zavodunda yanğın qeydə alınıb. Hadisə nəticəsində müəssisənin ərazisində güclü alovlanma müşahidə olunub.

NOCOMMENT.az xəbər verir ki, zavodun rəsmi saytında yer alan məlumata görə, “Elektrovypryamitel” Rusiyanın ən böyük elektrotexnika şirkətlərindən biri hesab olunur və əsasən güc yarımkeçirici cihazlarının hazırlanması və istehsalı ilə məşğuldur.

Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, müəssisənin istehsal etdiyi məhsullar Rusiya hərbi-sənaye kompleksində də istifadə olunur. Bu səbəbdən zavod strateji əhəmiyyətə malik obyektlərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, “Elektrovypryamitel” şirkəti ABŞ və Avstraliya tərəfindən tətbiq edilən sanksiyalar siyahısına daxil edilib. Yanğının səbəbləri və mümkün zərərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilir.

Seçilən
17
nocomment.az

1Mənbələr