AZ

Qurban Qurbanova vəd verdilər, geri qayıtdı - MÜHÜM GƏLİŞMƏ VAR!

AFFA İcraiyyə Komitəsi (İK) təqribən ayyarımlıq aradan sonra yenidən bir araya gəldi, müxtəlif məsələləri masaya yatırdı, bəzi qərarlar verdi.

Diqqətçəkən hadisə kimi yalnız bunu qeyd etməməliyik.

Komitənin son 5 toplantısına qatılmayan Qurban Qurbanovun yenidən sıraya dönməsi, SOCAR-ın binasında keçirilən iclasda axıradək iştirak eləməsi gerçəkdən mühüm hadisələrdir.

«Qarabağ»ın baş məşqçisinin müzakirələrdə aktiv iştirakına, öz mövqeyini birmənalı surətdə ortaya qoymasına dair məlumatlar var.

Bu, onu göstərir ki, ölkəmizin ən yaxşı futbol mütəxəssisi təsadüfən geri qayıtmayıb, ona yenə hansısa vədlər verilib.

O. incik idi. Gizlətməyə dəyməz. Özəlliklə ötən ilin ortasında verilən bəzi qərarlara etirazını bildirməsi məlumdur.

Premyer Liqada klub sayı, legioner limiti, millinin baş məşqçisinə aid mövzularda onun tutduğu mövqe dəstəklənmədiyi üçün sakit şəkildə kölgəyə çəkilmişdi.

Komitənin yığıncaqlarında iştirakdan qeyri-rəsmi imtinasının bununla əlaqədar olması şübhə doğurmur. Arada müəyyən umu-küsü, narazılıq var idi deyə, Qurbanov tamamilə kənara çəkilmişdi.

Əks halda, dörd iclasdan birinə qatılmağa vaxt tapardı. O isə hər dəfə bir səbəb gətirərək, İK-nin toplantılarına getməyi özünə rəva görmürdü.

Qurban bəyin budəfəki iclasda fəal iştirakı deməyə əsas verir ki, AFFA rəhbərliyi ilə bir formada anlaşıb. Ola bilsin, ona vəd verilib ki, səsləndirəcəyi təkliflər nəzərə alınacaq.

Bu, kifayət qədər inandırıcıdır. Qurbanov ağır təbiətli, işini bilən mütəxəssisdir, sözünün yerini və qədrini bilir.

Çəkisi var, sözü havaya atmaz. Nə də ki, onun yerə düşməsinə göz yumar.

Əvvəllər belə hallar olub, ona görə də heç bir polemikaya müdaxilə etməyə lüzum görməyib. Bəs Qurbanova indi konkret nə vəd edilib?

Düzü, bunu dəqiq bilmirik. Yalnız ehtimal etmək olar ki, AFFA yönətimi növbəti qərarlarında «Qarabağ»ın baş məşqçisinin rəyini əsas götürəcək.

Bu, hesablaşmaq sayılmamalıdır. Normal tövr elə belə də olmalıdır. Çünki İcraiyyə Komitəsində futbolu dərinliyinə qədər bilən yeganə şəxs odur.

Çörəyi ver çörəkçiyə, birini də üstəlik - bu məsələ təsadüfən yaranmayıb ki!

ELXAN

Seçilən
11
2
sportinfo.az

3Mənbələr