AZ

Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib.Naməlum şəxs Zabrat qəsəbəsində yerləşən market, eləcə də üç evdənpul, təmir-tikinti alətləri və məişət əşyaları talayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəlibilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev müəyyənedilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, bir müddətmüşahidə aparıb zərərçəkənlərin evdə olmadığını dəqiqləşdirdikdənsonra mağaza və evləri talayıb.

Zabrat qəsəbəsində keçirilən digər tədbir nəticəsində isə elektriknaqilləri oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkumolunmuş 45 yaşlı R.Poladov da saxlanılıb. Faktlar üzrə araşdırmaaparılır.

Məqalədə:
Seçilən
16
26
az.trend.az

10Mənbələr