AZ

ABŞ Çini gizli nüvə sınaqlarında ittiham edib

ABŞ kəşfiyyat orqanları Çinin yeni nəsil nüvə silahı hazırladığını və son illərdə arsenalının tam yenilənməsi çərçivəsində ən azı bir gizli sınaq keçirdiyini iddia ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb. 

Məlumatda deyilir: "Nüvə arsenalına qoyulan investisiyalar Çini Rusiya və ABŞ ilə bərabər statusa yaxınlaşdıra və hazırda heç bir dominant nüvə gücünün sahib olmadığı texniki imkanlar təmin edə bilər".

Nəşrin məlumatına görə, Çinin 1996-cı ildən bəri bu cür fəaliyyətlərə moratorium qoyulmasına baxmayaraq, 2020-ci ilin iyun ayında gizli nüvə sınağı keçirdiyi və gələcəkdə daha bir neçə sınaq keçirməyi planlaşdırdığı iddia edilir. ABŞ kəşfiyyatının məlumatına görə, Pekin tək bir raketin içərisində çoxsaylı miniatür nüvə başlıqlarından istifadəni də əhatə edən "növbəti nəsil nüvə silahı" yaratmaq niyyətindədir.

CNN-in məlumatına görə, Çinin həmçinin ölkənin əvvəllər heç vaxt istehsal etmədiyi kiçik həcmli taktiki nüvə silahı hazırladığı bildirilir. Bu silah, Pekinin ABŞ-nin Tayvanı potensial müdafiəsinə cavab verəcəyi ssenarilər də daxil olmaqla, ərazisinə yaxın hədəflərə qarşı istifadə edilə bilər.

Aynur Babazadə 

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr