AZ

UEFA "Qarabağ"ı cəzalandırdı

“Qarabağ” UEFA tərəfindən cərimələnib.

Fanat.Az xəbər verir ki, buns səbəb Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda “Ayntraxt”a qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüardır.

Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

Hərçənd, Ağdam təmsilçisinə azarkeşlərin  “UEFA – mafiya” hayqırtısının baha başa gəldiyi şübhə doğurmur.

Qitə futbol qurumu "köhlənlər"in bilet nəzarəti qaydalarını da pozduğunu da vurğulayıb.

Seçilən
1
17
fanat.az

10Mənbələr