AZ

ABŞ-də kamikadze dronların sınaqlarına başlanıldı

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi özəl şirkətlər tərəfindən kütləviistehsal üçün təqdim edilmiş 25 kamikadze tipli pilotsuz uçuşaparatının prototipinin sınaqlarına başlayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sınaqlar Corciya ştatında yerləşən "Fort-Benning"quru qoşunları bazasında keçirilir. Testlər mart ayının əvvəlinədəkdavam edəcək. Kiçik və nisbətən ucuz dronlar, eləcə də onlarınistehsalçıları ciddi yoxlamadan keçirilir.

Proqramın 25 iştirakçısından biri olan “Red Cat” şirkətinin"Teal Drones" bölməsinin baş icraçı direktoru Ceff Tompson bildiribki, Pentaqon kütləvi istehsalın təşkil edilməsinə üstünlükverir.

Onun sözlərinə görə, istehsalçı məhsulu vaxtında buraxıb təhvilverə bilməzsə, məsələn iki həftə gecikərsə, proqramdankənarlaşdırılacaq.

Sınaqlar başa çatdıqdan sonra qalib şirkət dronların tədarüküüçün 150 milyon dollar məbləğində müqavilə əldə edəcək.

Seçilən
11
2
az.trend.az

3Mənbələr