AZ

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq edib

BAKI, 21 fevral. TELEQRAF

Gürcüstan hökuməti Azərbaycandan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilir ki, 2025-ci il dekabrın əvvəlində Gürcüstan öz ərazisindən Ermənistana birdəfəlik pulsuz neft tranziti təmin edib. Növbəti partiya isə standart tariflə nəql edilib. Bu da Ermənistanda narazılığa səbəb olub.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin açıqlamasına görə, neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana daşınması üzrə tariflər bu gün də İrəvanda keçirilən görüş zamanı müzakirə mövzusu olub.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr