AZ

Karapetyan Qarabağdan köçənləri Paşinyanın üstünə qaldırır

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu yaxınlarda yaradılmış “Güclü Ermənistan” partiyasının sədri, iş adamı Samvel Karapetyan Qarabağdan köçən erməniləri ələ almağa başlayıb.Modern.az xəbər verir ki, 7 iyun 2026-cı il tarixli parlament seçkilərinə hazırlaşan Karapetyan Qarabağdan Ermənistana gəlmiş ailələrdə doğulan hər 4-cü uşağa 4000 dollar bağışlayıb.

Bu barədə “Güclü Ermənistan” partiyası məlumat yayıb.Samvel Karapetyan bu işi Hayastan Ümumerməni Fondu vasitəsilə həyata keçirib.Rusiyanın himayə etdiyi Karapetyanın məqsədi builki parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyanı məğlub edərək onun yerinə keçməkdir. Qarabağdan köçən ermənilərin bir qismi Ermənistanın hazırkı iqtidarından narazıdır və bunu bilən Samvel Karapetyan onların səsini qazanmağı hədəfləyib.Qeyd edək ki, rəsmi məlumata görə, Qarabağdan köçən 30 mindən çox erməni artıq Ermənistan vətəndaşlığına qəbul edilib və onların sesçkilər zamanı səsvermə hüququndan sitifadə edəcəyi istisna deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
modern.az

1Mənbələr