AZ

Andrey Demçenko: “Bu barədə məlumatım yoxdur”

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Karvan Yevlax”dan üstün olub- 2:0.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko oyunla bağlı fikirlərini bölüşüb:

“Futbolçularıma demişdim ki, çətin oyun olacaq. “Karvan-Yevlax” elə vəziyyətdədir ki, itiriləsi heç nələri yoxdur, sona qədər düşəcəklər. Birinci hissədə istədiklərimizi tam edə bilmirdik. Belə anlarda səbrli olub şansını gözləməlisən. Biz də səbrli davrandıq və əks-hücumda qol vurduq”.

Ukraynalı mütəxəssis klub prezidenti Ramin Axundovun axtarışa verilməsinə belə münasibət bildirib: “Bu barədə elə də məlumatım yoxdur. Biz öz işimizi görürük. Komanda məşqlərinə və oyunlarına eyni qaydada davam edir”.

Seçilən
14
msport.az

1Mənbələr