AZ

Macarıstan Ukraynaya elektrik enerjisi təchizatını dayandıra bilər - Orban

"Əgər Rusiya neftinin Drujba boru kəməri ilə tranziti bərpa olunmasa, Macarıstan Ukraynaya elektrik enerjisi təchizatını dayandırmaq qərarına gələ bilər". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya xəbərdarlıq edib.

Hökumət başçısı qeyd edib ki, Slovakiya artıq bu məsələni qaldırıb.

Orban xatırladıb ki, Ukraynanın "düşmənçilik" hərəkətlərinə cavab olaraq Macarıstan ölkəyə dizel yanacağı tədarükünü dayandırıb və Avropa İttifaqının ona 90 milyard avroluq "müharibə krediti" verməsinin qarşısını almaq qərarına gəlib.

Zeynəb Rzayeva
 

Seçilən
14
bakivaxti.az

1Mənbələr