AZ

Azərbaycanın U-18 millisi Beynəlxalq İnkişaf Turnirində ilk qələbəsini qazandı

BAKI, 21 fevral. TELEQRAF

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində Belarusun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

U-18 millisinin heyətində yeganə qolu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

Qeyd edək ki, B qrupunda yer alan milli komanda daha əvvəl keçirdiyi oyunlarda Rusiya yığmasına 1:7, Özbəkistan seçməsinə isə 1:3 hesabı ilə məğlub olub.

Seçilən
15
teleqraf.com

1Mənbələr