AZ

Güclü forma, medalsız qələbə

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sadəcə iştirak etmək medal qazanılacağına qarant deyil. İştirak "görünmək" deməkdir. Görünmək isə yadda qalmaq üçün ilk addımdır...

Tarix öz-özünə yaranmır. Onu inşa edən hadisələr olur. Bir qlobal hadisəni öz mədəniyyətinlə, öz tarixinlə əlaqələndirə bilməkdən daha uğurlu və faydalı nə ola bilər?

Bu il İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında bəzi ölkələr medal qazana bilməsələr də, öz tarixlərini və mədəniyyətlərini nümayiş etdirməyi bacardılar. Haiti və Monqolustan bu il Qış Olimpiya Oyunlarında medal qazanmadılar. Ancaq milli formaları ilə öz mədəniyyətlərinin və irslərinin səsini dünyaya çatdırmağa nail oldular.

Monqolustanın milli forması monqol köçəri irsinin uzun, kəmərli ənənəvi xalatlarının müasir və şıq formada yenidən şərhi idi. Monqolustan kaşmiri nümayiş etdirməklə kifayətlənmədi, həm də öz iqlimini, sərtliyini, səbrini öz "üzərində" əks etdirdi. Monqolustanın milli forması ölkənin qədim sənətkarlığını dünya gündəminə daşıya bildi.

Bu gönderiyi Instagram'da gör

GOYOL CASHMERE (@goyolcashmere.mn)'in paylaştığı bir gönderi

Haiti medal qazanmadı. Amma hekayəsini Olimpiya meydanına gətirdi. Azadlıq yaddaşını və Karib enerjisini rənglərin dili ilə canlandırdı. Haiti qadınlarının ənənəvi geyimi olan “Karabela” üslubundan ilham alan forma, ölkənin və Karib hövzəsinin nə qədər rəngarəng olduğunu dünyaya göstərə bildi

Bu gönderiyi Instagram'da gör

Stella Jean (@stellajean_sj_)'in paylaştığı bir gönderi

Biz qış idmanında güclü olmaya bilərik, amma mədəniyyətdə də zəif deyilik. Qar yağmayan ölkələr qədə vizyonumuz yoxdurmu? Bəlkə də...

Qış bizə uzaqdırsa, isti tariximizi müasir formada göstərmək lazım idi: torpaqdan çıxan alovu, əməyin zərif izlərini daşıyan xalçanı, ornament yaddaşını...

Bəzən sadəcə medal qazanmaq üçün yarışmırsan. Yadda qalmaq üçün səhnəyə çıxmaq neçə medaldan daha dəyərlidir, kim bilir?!

Müəllif: Kübra Şükürova

Bizimyol.info üçün

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
icma.az

1Mənbələr