“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays cari mövsümün sonunda komandanın çempionluq uğrunda mübarizəsi barədə fikirlərini bildirib.
İdman.Biz bildirir ki, “Arsenal” 58 xalla İngltərə Premyer Liqasına başçılıq edir.
“Biz sadəcə kuboku qazanacağımızı gözləmirik; onu qazanmalı, layiq olmalı və baş verən hər şeyə hazır olmalıyıq.
“Vulverhemtpon"la matçdan sonra soyunma otağında yaxşı söhbət etdik və bəzi yaxşı anlara baxmayaraq, həm özümüzü, həm də azarkeşlərimizi məyus etdiyimizi anladıq. Liderliyi əldən verə bilmərik - bu, bu mövsüm hədəflədiyimiz standartlara uyğun gəlmir. Görüşümüz oldu və indi irəliləməyə hazırıq”, - deyə "The Sun" qəzeti Raysın sözlərini sitat gətirir.