AZ

Qurban Qurbanov fikrini dəyişdi, “Qarabağ” fərqli plan qurdu

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Nyukasl”a 1:6 hesabı ilə uduzan “Qarabağ” cavab matçına hazırlaşır.

Bakıda qeydə alınan böyük hesablı məğlubiyyət baş məşqçi Qurban Qurbanovu səfər plannda dəyişiklik etməyə məcbur edib.

Belə ki, öncəki səfər matçlarında “köhlən atlar” vətəni iki gün əvvəl tərk edirdisə, bu dəfə təyyarə oyuna bir gün qalmış havaya qalxacaq.

Fevralın 22-də “Qarabağ”ın media nümayəndələri üçün açıq məşqçi baş tutacaq. Fevralın 23-də saat 14:00-da isə Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq.

Ağdam təmsilçisi İngiltərəyə fevralın 23-də, Bakı vaxtı ilə axşam 20:15-də yollanacaq.

Bakıyla Nyukası arasındakı uçuş məsafəsinin təxminən 6 saat təşkil etdiyini nəzərə alsaq, “Qarabağ” İngiltərəyə yerli vaxtla axşam saat 10 radələrində çatacaq.

Otelə qədər olan məsafə və yerləşmə də müəyyən zaman tələb edəcək.

Bu, o deməkdir ki, matçdan bir gün öncə üçün heç nə planlanmayıb. Komanda üzvləri uzun yolçuluqdan sonra dincəlib, ertəsi oyuna çıxacaq.

“Qarabağ” Nyukasldakı “İnnside Melia” otelində məskunlaşacaq.

Fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq qarşılaşma “St Ceyms Park” stadionunda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr