AZ

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilir (FOTO)

21-22 fevral tarixlərində Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edir.

Batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda qüvvələrini sınayırlar.

Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə final çıxışları baş tutacaq.

Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, Tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü final mərhələsinə vəsiqə qazanıb.

Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də final mərhələsində çıxış etmək hüququ əldə ediblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
3
milli.az

7Mənbələr