AZ

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Ankara, 21 fevral, AZƏRTAC

Fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr idarəsinin konfrans zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, qanlı faciənin 34-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).

TBMM-nin himayəsi ilə keçiriləcək tədbirə təşkilati dəstəyi ölkəmizin Türkiyədəki səfirliyi göstərəcək.

Tədbirdə Azərbaycan və Türkiyənin insan hüquqları üzrə müvəkkillərinin (Ombudsmanların) də iştirakı gözlənilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
22
8
azertag.az

9Mənbələr