"Bavariya"nın qanad oyunçusu Maykl Olise karyerasını "Real"da davam etdirə bilər.
90deqiqe.Az-ın "E-Noticies"ə istinadən məlumatına görə, Madrid klubu 24 yaşlı futbolçu ilə müqavilə imzalaya bilər. "Los Blancos"un hücumçusu Kilian Mbappe, Vinisius Junior və ya Rodriqo bu yay satılarsa, Madrid klubunu fransalı futbolçu ilə müqavilə imzalamağı hədəfləyib.
Mbappe hesab edir ki, "Real Madrid"in hücum dinamikasında dəyişiklik lazımdır və onun Fransa milli komanda yoldaşı bu oyunçuya mükəmməl uyğun gələcək.
Maykl Olise 2024-cü ildə "Kristal Pelas"dan "Bavariya"ya 53 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Bu mövsüm fransız futbolçu Münhen klubunda bütün yarışlarda 34 oyun keçirib, 13 qol vurub və 25 məhsuldar ötürmə edib.