AZ

Keçmiş futbolçu qəsdən adam öldürməyə cəhddə ittiham olunur

Karyerası ərzində "Akrinqton Stenli" və "Çester" kimi klublarda oynamış keçmiş futbolçu Patrik Leysi ağır cinayət işi ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, o, noyabr ayında Mersisaydda baş verən atışma hadisəsindən sonra qəsdən adam öldürməyə cəhddə ittiham olunan 4 nəfərdən biridir.

"BBC News"un yaydığı məlumatda qeyd olunur ki, futbolçunun bu hadisədə iştirakı idman ictimaiyyətində şok effekti yaradıb.

Maraqlıdır ki, Patrikin kiçik qardaşı Şea Leysi "Mançester Yunayted" akademiyasının üzvüdür və bu mövsüm əsas komandada 3 oyun keçirib. Hazırda məhkəmə prosesi davam edir və keçmiş futbolçunu uzunmüddətli həbs cəzası gözləyir.

Seçilən
8
1
fanat.az

2Mənbələr