Bakı. Trend:
Cəlilabad rayonunun Buravar kəndində ümumi sahəsi 160 m² (hərmərtəbəsi 80 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanarkonstruksiyaları 140 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi vəyaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.